Accessibility links

YouTube Nyu-Yorkda ilk musiqi mükafatlarını təqdim edib


İnternetdə video bölüşmə veb səhifəsi olan YouTube Nyu-Yorkda ilk musiqi mükafatlarının təqdimatı mərasimini keçirib.

Məşhur veb səhifədə canlı yayımlanan bu qeyri-adi mərasim YouTube veb səhifəsinin köməyi ilə məşhurlaşan müğənniləri bir araya gətirib.

ABŞ rep ifaçısı Eminem ilin ən yaxşı sənətçisi, Cənubi Koreyanın Qızlar Nəsli qrupunun “Mənim Sevgilim Var” klipi isə ilin ən yaxşı videosu adına layıq görülüb. Maklemor və Rayen Levisin hip-hop dueti isə ilin ən böyük tapıntısı adına adlandırılıb.

YouTube pərəstişkarların yeni musiqili videoları izləməsi üçün əsas mənbəyə çevrilib. Veb səhifə artmaqda olan musiqi və video həvəskarlarını televiziya və radio deyil, internetə üz tutmağa həvəsləndirir.

Google internet nəhənginə məxsus olan YouTube videoları reklamsız izləmək istəyənlər üçün bu ilin sonundan etibarən pullu abunə təklif etməyə başlayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG