Accessibility links

YouTube internet video platforması 2013-cü ilin 10 ən çox izlənən videolarını açıqlayıb.

Siyahıdan bele görünür ki, YouTube istifadəçiləri tülkülərin nə dediyi ilə çox maraqlanır. Belə ki, birinci yerdə Norveçli Ylvis-in komediya dueti “Tülkülər nə deyir?” ilin ən yaxşı videosu seçilib.

Video sentyabr ayında YouTube-a yükləndikdən sonra bu günə qədər 311 miliyondan çox insan tərəfindən izlənib.


Bu il Norveçlilər üçün uğurlu il olub. "Harlem Shake" rəqsinin norveçli hərbi versiyası Ylvisin videosundan sonra ikinci yerə seçilib. YouTube rəsmilərinin bildirdiyinə görə bu günə qədər Harlem Shake rəqsinin 1.7 miliyon versiyası platformaya yüklənib.

Google tərəfindən idarə olunan YouTube vebsaytının rəsmiləri hər ay bir miliyard insanın altı miliyard saatlıq video izlədiyini açıqlayıb. Statistikalara görə izləyicilərin çoxu ABŞ xaricində yaşayır.

Ən yaxşı video klip kateqoriyasında Psy-ın “Gentleman” mahnısı ən çox izləyici toplayıb. Klip aprel ayından YouTube portalına yükləndikdən sonra 614 miliyona yaxın izləyicisi ilə birinci yeri tutub. Miley Cyrus isə “Wrecking Ball və We Can't Stop” mahnıları ilə ikinci və üçüncü yerləri tutub.


YouTube rəsmiləri bildirir ki, ən yaxşı 10 videonun 23 miliyondan çox abunəçisi var.

2013-cü ilin ən çox baxılan videoları:

1. Ylvis - The Fox (What Does the Fox Say?) by tvnorge
2. Harlem Shake (original army edition) by kennethaakonsen
3. How Animals Eat Their Food | MisterEpicMann by MisterEpicMann
4. Miley Cyrus - Wrecking Ball (Chatroulette Version) by SteveKardynal
5. baby&me / the new evian film by EvianBabies
6. Volvo Trucks - The Epic Split feat. Van Damme by VolvoTrucks
7. YOLO (feat. Adam Levine & Kendrick Lamar) by thelonelyisland
8. Telekinetic Coffee Shop Surprise by CarrieNYC
9. THE NFL : A Bad Lip Reading by BadLipReading
10. Mozart vs Skrillex. Epic Rap Battles of History Season 2 by ERB

2013-cü ilin ən çox baxılan video klipləri:

1. PSY - GENTLEMAN M/V by officialpsy
2. Miley Cyrus - Wrecking Ball by MileyCyrusVEVO
3. Miley Cyrus - We Can’t Stop by MileyCyrusVEVO
4. Katy Perry - Roar (Official) by KatyPerryVEVO
5. P!nk - Just Give Me A Reason ft. Nate Ruess by PinkVEVO
6. Robin Thicke - Blurred Lines ft. T.I., Pharrell by RobinThickeVEVO
7. Rihanna - Stay ft. Mikky Ekko by RihannaVEVO
8. Naughty Boy - La La La ft. Sam Smith by NaughtyBoyVEVO
9. Selena Gomez - Come & Get It by SelenaGomezVEVO
10. Avicii - Wake Me Up (Official Video) by AviciiOfficialVEVO
XS
SM
MD
LG