Accessibility links

Yoxa çıxan təyyarəyə dair yeni izlər tapıldığı ehtimal olunur


Malayziya rəsmiləri bildirir ki, Fransadan əldə edilən peyk görüntüləri Hind Okeanının cənubunda üzən cisimlərin olduğunu göstərir. Cisimlər dünən bəzi taxta cisimlərin aşkar edildiyini ərazinin yaxınlığında müəyyən edilib.

Malayziya Nəqliyyat Nazirliyinin bu gün açıqlanan bəyanatında deyilir ki, fotolar Avstraliya və Çin peyklərinin üzən böyük cisimlərin şəklini çəkdiyi ərazinin yaxınlığında qeydə alınıb.

Bu gün təyyarələr və gəmilər axtarışlarını qalıqların müəyyən edildiyi Hind Okeanının cənubundakı əraziyə yönəldiblər. Axtarış istiqamətini dəyişərək həmin əraziyə yönlənən Yeni Zelandiya hərbi təyyarəsi isə bölgədən yalnız dəniz yosunları tapa bilib.

Avstraliya baş naziri Toni Abbot deyib ki, aşkar edilən yeni izlərin 239 nəfərlə yoxa çıxan təyyarənin tapılmasında dönüş nöqtəsi olacağına dair ümidlər artır.

Xatırladaq ki, martın 8-də Kuala Lumpurdan Pekinə hərəkət edən Boeing 777 təyyarəsi yoxa çıxıb. Hələlik təyyarənin necə itməsinə dair heç bir dəqiq sübut tapılmayıb.
XS
SM
MD
LG