Accessibility links

“Saxla və yoxla” əməliyyatı ilə bağlı məhkəmə prosesinə start verilib


“Saxla və yoxla” adlanan əməliyyatla bağlı məhkəmə prosesinə bu gün start verilib. Nyu-York məhkəməsində keçirilən dinləmələrdə 100-dən artıq ziyalı, qanunverici və polis işçisi ifadə verir.

Polis şübhəli şəxslərin yoxlanması ilə bağlı bu əməliyyatın vacib olduğunu hesab edir.Tənqidçilər isə şübhələrin irqə əsalandığını və hədəflərin qaradərili və ispanmənşəli kişilər olduğunu deyir.

İrqlərinə görə saxlandıqlarını iddia edən onlarla insan məhkəmədə ifadə verəcək. Amerikanın ən böyük polis idarəsinə qarşı məhkəmə işi “saxla və yoxla” əməliyyatına dəyişiklik edilməsi məqsədi ilə qaldırılıb.

Nyu-Yorkun Vətəndaş Azadlıqları Birliyi 2012-ci ildə 530 min insanın polis tərəfindən saxlandığını və onların 83 faizinin günahsız insanlar olduğunu bildirir. Həmin insanların 53 faizini Afrika, 32 faizini isə Latın mənşəlilər təşkil edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG