Accessibility links

İran polisi Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiyə şəhərində günəş ilinin son çərşənbəsinin səhər çağlarında ənənəvi olaraq yaxındakı çaylardan “çərşənbə suyu” gətirməyə gedənlərin qarşısını alıb,- deyə Azərbaycan veb səhifələri bildirir.

Oyan News veb səhifəsinin yaydığı məlumata görə, fevralın 20-də Şəhər Çayına tərəf gedən yolları bağlayan polis və əhali arasında qarşıdurma olub.

Öyrənci Səsi saytı isə şəhərdən Urmiyənin Bənd bölgəsinə gedən əsas yollardan başqa kiçik küçələrdə də polis maşınları ilə bağlandığını xəbər verib.

Adət və ənənələrə görə, ilin son çərşənbəsinin erkən saatlarında çaylar və bulaqlardan su gətirilməsi təmizlik və aydınlıq rəmzidir. Bu köhnə adət adətən gənc qızlar və qadınların iştirakı ilə keçirlir.

1392-ci günəş ilinin son çərşənbəsi ilin son günü ilə üst-üstə düşüb. Bu gün cümə axşamı fevralın 21-i 1393-cü günəş ilinin birinci günüdür.

Show comments

XS
SM
MD
LG