Accessibility links

Yüksək rütbəli BMT müfəttişi İrana yollanıb


Yüksək rütbəli BMT müfəttişi İrana yollanıb
Yüksək rütbəli BMT müfəttişi İrana yollanıb

BMT-nin baş nüvə müfəttişi İrana növbəti səfərini İslam Respublikasının nüvə proqramının hərbi aspektlərinin yoxlanmasının vacibliyini vurğulamaqla başlayıb.

İrana yola düşməzdən öncə Vyanada danışan Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktor müavini Herman Nakaerts deyib ki, o, İran rəsmiləri ilə danışıqlardan konkret nəticələr gözləyir.

“Biz Tehranda məhsuldar görüşlər keçirəcəyimizə ümid bəsləyirik. Məhz bu ruhla biz oraya gedirik,” deyə Nakaerts bildirib.

BMT müfəttişləri İranın BAEA-nın nüvə silahı istehsalına dair tapdığı dəlili izah etməsini istəyir.

İsrail atom bombası ilə silahlanmış İranı öz mövcudluğuna təhlükə kimi görür və bunun qarşısını almaq üçün hərbi ölçülər götürəcəyini deyir. ABŞ hərbi rəsmiləri, əgər baş verərsə, İsrailin bu addımını “erkən” adlandırırlar.

XS
SM
MD
LG