Accessibility links

Yuliya Timoşenkonun 2-ci məhkəmə işi təxirə salınıb


Sabiq baş nazir cinayət işinin prezident Yanukoviç tərəfindən siyasi sifariş olduğunu deyir

Ukraynada hakim keçmiş baş nazir Yuliya Timoşenkonun vergidən yayınma və mənimsəmə üzrə məhkəmə işini yenidən təxirə salıb.

51 yaşlı müxalifət lideri səhhətinin pis olduğu iddiası ilə Ukraynanın şərqi Xarkov şəhər məhkəməsinə gəlməkdən imtina etdiyi üçün hakim növbəti dinləmələrin sentyabr ayının 15-də keçirilməsinə qərar verib.

Timoşenko 1990-cı il illərdə törədildiyi iddia edilən cinayətlərə görə məhkum olunub. O, baş nazir olduğu vaxt vəzifəsindən sui-istifadə edərək, 2009-cu ildə Rusiya ilə bağladığı “qeyri səmərəli” qaz müqaviləsinə görə yeddi illik cəzasını artıq çəkməkdədir.

O, hər iki cinayət işinin 2010 cu ildə kiçik fərqlə ona qalib gəlmiş prezident Viktor
Yanukoviç tərəfindən ona qarşı istifadə olunan siyasi sifariş olduğunu iddia edir.
XS
SM
MD
LG