Accessibility links

Yuliya Timoşenkonun apellyasiya şikayətinə baxılır


Yuliya Timoşenkonun apellyasiya şikayətinə baxılır

Yuliya Timoşenkonun apellyasiya şikayətinə baxılır

Ukrayna məhkəməsi sabiq baş nazir Yuliya Timoşenkoyanın apellyasiya şikayətinə dair ilkin dinləmələrə başlayıb.

Ancaq dinləmələrdə 7 il müddətinə azadlıqdan məhrum edilmiş xanım Timoşenkonun özü iştirak etmir.

O, 2009-cu ildə baş nazir vəzifəsini icra edən zaman Rusiya ilə təbii qaza dair müqavilə imzalayanda səlahiyyətlərini aşmaqda və Moskvanın xeyrinə qərar qəbul etməkdə günahkar bilinərək azadlıqdan məhrum edilib. Xanım Timoşenko ittihamları rədd edərək məhkəmənin qərarı barədə apellyasiya şikayəti verib.

Bununla yanaşı, məhbəs həyatı yaşayan sabiq baş nazir səhhətinin yaxşı olmaması səbəbilə bu gün keçirilən məhkəmə dinləməsinə qatıla bilməyib.

Həftənin əvvəlindən onun səhhətində ciddi problemlət yaşanmağa başlayıb. Ukrayna İnsan Haqları rəhbəri Nina Karpaçeva deyib ki, xanım Timoşenko ciddi səhiyyə problemləri ilə üzləşir və onun həbsxanadan kənarda müalicə keçməsi vacibdir.

XS
SM
MD
LG