Accessibility links

Avropa İttifaqı Ukrayna ilə siyasi və ticari əlaqələrə mane ola bilər

  • Amerikanın səsi

Almaniyanın xarici işlər naziri Guido Vestervell sabiq baş nazir Yuliya Timoşenkoya lazımi tibbi yardım göstərilməsə, Avropa İttifaqının Ukrayna ilə siyasi və ticari əlaqələrini kəsəcəyi ilə hədələyib. Nazir bildirib ki, Almaniya Kiyev qanunun aliliyinə riayət etməsə, o ölkə ilə tərəfdaşlıq razılığı ratifikasiya edilməyəcək. Razılıq Ukraynanın Avropa ilə əlaqələrinin dərinləşdirilməsi istiqamətində atılan addımlara daxildir.

Guido Vestervell Almaniyanın 2012-ci ilin iyun ayında Ukraynada təşkil ediləcək futbol çempionatında iştirak edib-etməyəci barədə heç nə deməyib.

Avstriya və Hollandiya artıq çempionata qatılmayacaqları barədə xəbərdarlıqla çıxış edib.

Ukraynanın Xarici İşlər Nazirliyi boykotları soyuq müharibə taktikası kimi qiymətləndirib.

Ukraynanın həbsdə olan sabiq baş naziri Yuliya Timoşenkonun bədənində döyülmə izləri aşkar edilib. Bu açıqlama onun vəkilinin həbsxana nəzarətçiləri tərəfindən döyüldüyünə görə xanım Timoşenkonun aclıq elan etdiyini deməsindən sonraya təsadüf edir. Vəkil Sergey Vlasenko bildirib ki, Yuliya Timoşenko xəstəxanaya aparılarkən döyülüb. Vəkil xanım Timoşenkonun qollarında və qarın nayihəsində döyülmə izlərinin olduğunu deyib.

Prezident Viktor Yanukoviçin başlıca siyasi rəqibi olan 51 yaşlı Timoşenko hakimiyyətindən sui-istifadə etmək ittihamı ilə 7 il həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG