Accessibility links

Yuliya Timoşenkoya məhkəmədə son söz verilib


Yuliya Timoşenkoya məhkəmədə son söz verilib

Yuliya Timoşenkoya məhkəmədə son söz verilib

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko bu gün məhkəmədə ona verilən son söz zamanı məhkəmənin səlahiyyətlərindən sui-istifadə edərək ona “siyasi divan tutduğunu” deyib. Xanım Timoşenko deyib ki, prezident Viktor Yanukoviç məhkəmənin köməyi ilə qorxduğu siyasi rəqibindən yaxa qurtaqmağa çalışır. Həftələrdir ayağa durması barədə hakimin əmrinə riayət etməyən Timoşenko axırda ayağa qalxaraq, günahkar olmadığını və heç bir sənədin bunun əksini sübut edə bilmədiyini deyib.

Yuliya Timoşenko 2009-cu ildə vəzifəsindən sui-istifadə edərək, hökumətin razılığı olmadan Rusiya ilə qaz müqaviləsinə qol çəkdiyi üçün məhkəmə qarşısına çıxarılıb. Məhkəmə hələ onu təqsirli olduğu barədə hökm çıxarmasa da prokrorlar eçmiş baş nazirə yeddi il həbs cəzası verilməsini tələb edir.

XS
SM
MD
LG