Accessibility links

Yuliya Timoşenkoya qarşı hakimiyyətindən sui-istifadə ittihamı irəli sürülüb

  • Amerikanın səsi

Yuliya Timoşenkoya qarşı hakimiyyətindən sui-istifadə ittihamı irəli sürülüb

Yuliya Timoşenkoya qarşı hakimiyyətindən sui-istifadə ittihamı irəli sürülüb

Ukraynanın müxalifət lideri Yuliya Timoşenkoya qarşı hakimiyyətindən sui-istifadə ittihamı irəli sürülüb. Sabiq baş nazir bir necə saat sorğu-suala çəkildikdən sonra azad edilib. Timoşenko həbs edilməsə də, məhkəminin qərarına əsasən istənilən an nəzarət altına alına bilər. İttihama onun 2009-cu ildə Rusiya ilə qaz razılığı imzalaması daxildir. Rəsmilər xanım Timoşenkonun razılığa imza atması üçün təsdiq əldə etməli olduğunu deyir. O, həm də Rusiyadan olduqca baha qaz alışına görə günahlandırlır. Yuliya Timoşenko ona qarşı ittihamların siyasi motivlərə əsasalndığını və bunun prezident Viktor Yanukoviçin müxalifəti əzmək kampaniyasının bir hissəsi olduğunu bildirir. Timoşenko dövründə nazirlər kabinetində çalışan bir neçə adam həbs edilib.

XS
SM
MD
LG