Accessibility links

Yuliya Timoşenko azadlığa buraxılmayacaq

  • Amerikanın səsi

Yuliya Timoşenko azadlığa buraxılmayacaq

Yuliya Timoşenko azadlığa buraxılmayacaq

Ukrayna məhkəməsi vəzifədən sui-istifadədə ittiham edilərək ötən həftə həbsə alınan sabiq baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılmasına dair müraciəti rədd edib. Kiyev məhkəməsi baş nazirin müraciətini bu gün rədd edib. Hakim xanım Timoşenkonun həbsdə saxlanılmasına daır ABŞ, Avropa və Rusiyanın tənqidlərinə məhəl qoymayıb. Ukrayna prezidenti Viktor Yanukoviç siyasi rəqibinin məhkəmə prosesinə müdaxilə etmək çağırışlarını məhəl qoymayıb. Cənab Yanukoviç hökumətinin məhkəmə prosesinə təsir etməsinə görə Qərb dövlətləri tərəfindən tənqid edilib. Qərb ölkələrinin bir çoxu baş verənlərin siyasi motivlərə əsaslandığını deyir.

XS
SM
MD
LG