Accessibility links

İyun ayı Əfqanıstandakı beynəlxalq əsgərlər üçün ən ölümcül ay olub


ABŞ və NATO-da bədbəxt hadisələrin elanlarını izləyən xəbər qurumu bu ay azı 79 əsgərin həlak olduğunu bildirib

İyun ayı Əfqanıstandakı beynəlxalq əsgərlər üçün konflikt başlayandan bəri ən ölümcül ay olub. ABŞ və NATO-da bədbəxt hadisələrin elanlarını izləyən xəbər qurumu bu ay azı 79 əsgərin həlak olduğunu bildirib. Bu gün NATO bildirib ki, çərşənbə günü axşam cənubi Əfqanıstanda dörd əsgər həlak olub. Britaniya deyib ki, əsgərlər Qereşk yaxınlığındakı Helmənd vilayətində avtomobilin aşması nəticəsində həlak olublar. Çərşənbə günü NATO Əfqanıstanın cənubunda, şərqində, və qərbində bomba partlayışı nəticəsində dörd əsgərin həlak olduğunu açıqlayıb. Avstralyanın müdafiə naziri dünən bildirib ki, onun ölkəsi qoşunlarını iki il ərzində Əfqanıstandan çıxarmağa başlaya bilər. Con Falkner deyib ki, Avstraliya qoşunları öz missiyasını Əfqan qüvvələrinə təhlükəsizliyə nəzarət etmək üçün təlimat keçməklə yerinə yetirə bilər.

XS
SM
MD
LG