Accessibility links

Yunanıstan Avropa ilə razılıq əldə edib


Razılığa əsasən Yunanıstana 100 milyard dollar kredit veriləcək

Yunanıstanla Avropa tərəfdaşları bazar günü keçirilən sammit sessiyası zamanı üçüncü xilas paketi üzərində razılıq əldə ediblər.

Yunanıstan ehitiyacı olduğu 100 milyard dollara yaxın kredit müqabilində bir sıra islahatlar həyata keçirəcəyi haqda vəd verib.

Avropa İttifaqının prezidenti Donald Task Brüsseldə 17 saat davam edən danışıqlardan sonra yekdilliklə razılıq əldə olunduğunu deyib.

Bundan öncə isə Fransa xəbər agentliyi anonim mənbəyə istinadən Yunanıstanın Baş naziri Aleksis Tsipras ilə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və cənab Task arasında “kompromis” razılaşma əldə olunduğu haqda məlumat verib.

Baş nazir Tsipras vergi və təqaüd sistemində islahatların daxil edildiyi sazişi təsdiq etmək üçün çərşənbə gününədək parlamentin sessiyasını keçirməlidir.

Parlamentin təsdiqindən dərhal sonra isə cənab Tsipras ölkənin müflis olmasının qarşısını almaq məqsədilə ilkin vəsaitləri almaq üçün 18 Avropalı tərəfdaşı ilə bir araya gəlməlidir.

XS
SM
MD
LG