Accessibility links

Yunanıstanda banklar bağlanıb, bankomatlar boşdur


Bazar günündən etibarən altı gün müddətində banklar və fond bazarı bağlı olacaq

Bazar ertəsi Yunanıstanda banklar bağlı, bankomatlar isə artıq boşdur.

Nağd pul çatışmazlığı olan ölkədə bazar günündən etibarən altı gün müddətində banklar və fond bazarının bağlanmasını haqda göstəriş verilib. Təqaüdçülər isə pullarını ala bilmək üçün bankların önündə növbə yaradıb.

Bazar günü Avropa Mərkəzi Bankı Yunanıstanda bankların fəaliyyət göstərməsinə kömək edən fövqəladə yardım proqramını dayandırdığını bildirəndən bir neçə saat sonra Baş nazir Aleksis Tsipras dövlət televiziyası vasitəsilə çıxışında bankların bağlanacağını elan edib.

“Unutmayın ki, belə kritik bir vəziyətdə, bziim yeganə qorxumuz qorxunun özüdür. Biz qprxunun bizə üstün gəlməsinə icazə vermə bilmərik,”-deyə o bildirib.

Həftə sonu Yunanıstan nümayəndələri və Avropa kreditorları ilə gedən danışıqlar heç bir razılıq əldə olunmadan başa çatıb.

Bundan əlavə, bazar günü Maliyyə naziri Yanis Varufakis Yunanıstanın Beynəlxalq Valyuta Fonduna 1,8 milyard dollar məbləğində ödənişi yerinə yetirə biləməyəcəyi ehtimalını irəli sürüb.

Baş nazir Yunanıstanın avro valyutasından istifadə edən 19 ölkənin daxil olduğu qrupda üzvlüyünü təhlükə altına salan bu böhrana görə Avropa kreditorlarını günahlandırıb.

Ölkənin kreditorlarının tələb etdiyi kimi yeni ciddi iqtisadi ölçüləri qəbul edib-etməməyi dəqiqləşdirmək üçün iyulun 5-də keçiriləcək referenduma qədər banklar və fond bazarı bağlı olaraq qalacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG