Accessibility links

Avropa liderləri Yunanıstanın kredit ödənişi problemini müzakirə edir


Belgium Greece Bailout

Belgium Greece Bailout

İyunun sonunadək Yunanıstan Beynəlxalq Valyuta Fonduna 1.8 milyard dollarlıq ödəniş etməlidir

19 dövlətin daxil olduğu Avroməkan rəsmiləri borc içində olan Yunanıstanın bu ayın sonunda kreditlərin ödənişinə dair defolt olmasının qarşısını almaq üçün bu gün bir sıra görüşlər keçiriblər.

Yunanıstan Baş Naziri Aleksis Tsipras Beynəlxalq Valyuta Fondu, Mərkəzi Avropa Bankı və Avropa Şurası rəhbərləri ilə görüşərək yeni təklif irəli sürüb. O, bu razılığı “qarşılıqlı faydalı” adlandıraraq, bunun problemi kökündən həll edəcəyini bildirib.

Minlərlə nümayişçi isə görüşlərdən öncə sərt iqtisadi tədbirlər əleyhinə Afinada yürüş keçirib.

Böyük Britaniyanın Guardian qəzeti danışıqlarda iştirak edən rəsmilərə istinadən bildirib ki, kreditorlar Yunanıstanın xilas paketini altı ay uzatmaq və 15 milyon dollarlıq təcili yardım verməyi təklif edirlər.

Bəyanatda bildirilib ki, danışıqlar bazar günü axşam saatlarınadək davam edib və hər hansı bir irəliləyiş Yunanıstanın sərt iqtisadi addımlar atmağa razılıq verməsindən asılı olacaq.

Yunanıstan liderləri büdcə ixtisarlarının yüksək olduğunu və ölkənin iqtisadiyyatına ziyan vurduğunu deyirlər.

Yunanıstan iyunun sonunadək Beynəlxalq Valyuta Fonduna 1.8 milyard dollar ödəyə bilməsə, ölkənin Avrodan istifadə edən ölkələr sırasından çıxarılma ehimalı yarana bilər.

XS
SM
MD
LG