Accessibility links

Miqrantlar Yunanıstanın İdomeni düşərgəsindən çıxarılır [Video]


Yunanıstan rəsmiləri minlərlə miqrantı Makedoniya sərhədində yerləşən İdomeni düşərgəsindən çıxarır. Onlar Yunanıstanın daxilində daimi düşərgələrə köçürülür. Ancaq qaçqınların çoxu hələ də daha yaxşı həyat axtarışında Qərbi Avropaya qanunsuz keçmək üçün yollar axtarır.

Avropa İttifaqının Yunanıstan və İtaliyadan Avropaya yerləşdirilməsi vəd edilən insanların sadəcə kiçik qrupu artıq oraya köçürülüb. Bu səbəbdən də bu işdə artıq daha fəal olmaq lazımdır.

İdomeninin uşaqları. Düşərgədəki 8 min 500 yüz miqrant arasında onlarla yenicə dünyaya gəlmiş körpələr var.

Körpələrin valideyinləri onları Qərbi Avropada böyütməyi arzu edirdi. İndi isə onlar Yunanıstana geri qaytarılır.

“Övladımın gələcəyi itir. Bu vəziyyəti və bizim çəkdiyimiz əziyyətləri nəzərə alsaq onun bir gələcəyinin olacağına inanmıram. Mən çarəsizəm, çünki övladım belə şərtlər altında dünyaya gəlib. Uşaq əziyyət çəkir, onunla birgə mən də əziyyət çəkirəm,” deyə suriyalı qaçqın Aliyə Məhəmməd bildirir.

Makedoniya sərhədi mart ayında bağlayıb. Amma miqrantıar ümid edirdi ki, bir gün onların səyahəti davam etdirməsinə icazə veriləcək.

Yardım işçilərinin dediyinə görə, İdomeni qaçqınların əlacsızlığının simvoluna çevrilib.

“Onlar unudulmaqdan, onlara olan diqqətin azalmasından qorxurlar. Bizim bunların baş verməsinə icazə verməməyimiz çox vacibdir. Yunanıstandakı qaçqınların lazım olan xidmətlərlə təmin olunması, sığınacaq müraicətlərinə baxılması üçün təzyiq göstərməyimiz çox mühümdür,” deyə Save The Children təşkilatından Dan Stüart bildirir.

Suriyalı qaçqınlar

Suriyalı qaçqınlar

Yunanıstan israr edir ki, qaçqınları köçürmək üçün zorakı ölçülərə əl atılmayacaq. Rəsmilər düşərgəni təmizləyərək, Avropaya gedən yolu və dəmir yollarını bərpa etmək istəyir.

Dəmir yolu şirkətinin nümayəndəsi Anastasios Sahpakidis: “İnsanlar özləri heç bir güc tətbiq olunmadan gedir. İndi bu düşərgənin bir hissəsi olmuş dəmir yolu açılmalıdır.”

Miqrantlar Yunanıstanın şimalında yerləşən Tessaloniki şəhəri ətrafında salınan düşərgələrə köçürülür. Amma yardım işçiləri bunun uzunmüddətli həll yolu olmadığını deyir.

Yunanıstandakı qaçqınların lazım olan xidmətlərlə təmin olunması, sığınacaq müraicətlərinə baxılması üçün təzyiq göstərməyimiz çox mühümdür.

Dan Stüart: “Avropa İttifaqının Yunanıstan və İtaliyadan Avropaya yerləşdirilməsi vəd edilən insanların sadəcə kiçik qrupu artıq oraya köçürülüb. Bu səbəbdən də bu işdə artıq daha fəal olmaq lazımdır.”

Miqrantların çoxu Qərbi Avropaya getmək ümidini itirmir.

Suriyalı qaçqın Mazen Əltahhan deyir ki, “üç ay burada qalacam, növbəti addımım isə qeyri-qanuni yollarla Serbiyaya getmək olacaq.”

Hər gün Serbiyanın paytaxtı Belqrada təxminən 200 miqrant gəlir. Onların çoxu Bolqarıstandan keçir. Bu, həyatlarını insan qaçaqçılarına təslim etməyə hazır olan insanlar üçün Qərbi Avropaya keçməyin yeganə yolu olaraq qalır.

XS
SM
MD
LG