Accessibility links

İxtisar təklifləri Yunanıstan parlamentində səsə qoyulacaq


Yunanıstan Maliyyə naziri Evklid Tsakalotos
Yunanıstan Maliyyə naziri Evklid Tsakalotos

Cümə axşamı baş nazir Aleksis Tsiprasın höküməti ən son islahat təkliflərini Avropa maliyyə nazirlərinə təqdim edib

Yunanıstan parlamenti bu gün yeni xilas paketi müqabilində Avropa maliyyə nazirlərinə təklif olunan islahatları təsdiq edib-etməməyə qərar verəcək. Yunanıstan iqtisadiyyatını tənzimləməyə və avrozonada qalmağa çalışır.

Cümə axşamı baş nazir Aleksis Tsiprasın höküməti ən son islahat təkliflərini Avropa maliyyə nazirlərinə təqdim edib. Onlar böhranla üzləşən yunan hökümətinə yeni xilas paketini verib-verməyəcəklərinə qərar verməlidirlər.

Rəsmi Afinadan yeni islahat təklifləri barədə heç bir məlumat yoxdur. Lakin hesabatlarda təkliflərə satış vergilərini artırmaq və xərcləri azaltmaq daxildir.

Yunanıstan və Avropa İttifaqı razılıq əldə etmədiyi təqdirdə Yunanıstan avrozonadan xaric edilə bilər. Avrozona avronun yeganə valyuta kimi istifadə olunduğu 19 ölkədən ibarət ittifaqdır.

Fransa prezidenti Fransua Olland cümə günü müxbirlərə bildirib ki, Yunanıstanın irəli sürdüyü yeni təkliflər “ciddi və etibarlıdır” və Yunanıstan avrozonada qalmaq üçün qətiyyətini nümayiş etdirir.

28 ölkədən ibarət Avropa İttifaqı bazar günü fövqəladə sammit keçirərək Yunanıstanın vəziyyətini müzakirə edəcəklər.

Bəzi Avropa İttifaqı liderləri bunu Yunanıstanın onların tələblərini yerinə yetirmək üçün son fürsət adlandırıblar. Onlar Afinanın daha çox ixtisarlar həyata keçirməsindən narazıdırlar və təngə gəliblər.

Yunanlar isə xərclərin və penisyaların azaldılmasının onların işlərini itirmələrinə və yaşayış standartlarının aşağı düşməsinə səbəb olduğunu deyirlər. Hökümət isə Beynəlxalq Valyuta Fondundan borc şərtlərinin yüngünləşdirilməsini tələb edir.

XS
SM
MD
LG