Accessibility links

Bu gün Yunanıstanda Avropa Birliyinin xilas paketini qəbul edib-etməmək barədə referendum keçirir. Yunanlar yeni əlavə ixtisarların həyata keçirilməsini istəyib-istəmədiklərininə səs verirlər. Hələlik bəlli deyil ki, yunanlar daha çox ixtisarlara səs verərək Avropanın yeni xilas planını qəbul edəcək, yoxsa Avropa Birliyinin tələblərini rədd edərək, ölkənin Avrozonadan çıxmaq riski ilə razılaşacaq.

Rəy sorğuları göstərir ki, hər iki seçimin tərəfdarları təxminnə bərabərdir.

Baş nazir Aleksis Tsipras seçicilər şərtləri qəbul etməməyə çağırıb. Şərtlərə vergilərin artımı və xərclərin ixtisarı daxildir. Onun sözlərinə görə, "Yox" səsi Yunanıstana Avropa Birliyi maliyyə nazirləri ilə danışıqlarda daha əlverişli şərait yaradacaq.

Səsvermə hələ ki davam edir.

XS
SM
MD
LG