Accessibility links

Yunanıstan parlamentinin yenicə seçilmiş 300 qanunvericisi bu gün işə başlayıb.

Yunanıstanın Pravoslav kilsəsinin başçısı qarşısında and icən koalisiya hökumətində Pasok, Yeni Demokratiya və Solçu Demokratlar partiyaları yer alır.

Yeni Demokratiya partiyasınn sədri, baş nazir Antonias Samaras iyul ayının 17 keçirilən seçkilərdə əksəriyyət əldə etmişdi.

Baş nazir göz əməliyyatı keçirdiyinə görə andiçmə mərasimində iştirak edə bilməmişdi.

Samaras Avropa İttifaqının ikigünlük sammitində də bu üzdən iştirak etmir.

Qanunvericilər yeni hökumətin platformasını müəyyən etməlidir.
XS
SM
MD
LG