Accessibility links

Yunanıstan referenduma hazırlaşır


Afinanın 19 ölkədən ibarət avrozonanı tərk etmək ehtimalı var

Bazar günü Yunanıstanda Avropanın xilas paketinin şərtlərini qəbul etməklə bağlı referendum keçiriləcək. Səsvermədən öncə keçirilən rəy sorğusunun nəticələri səsvermədə yunanların yarısının “hə” yarısnın isə “ yox” deyəcəyini göstərir.

İyunun 30-u və iyulun 1-də keçirilən və min nəfərin iştirak etdiyi rəy sorğusuna görə, iştirakçıların 44.8 faizi qurtarma paketinin şərtlərini qəbul, 43.4 faizi rədd edəcək. 11.8 faiz respondent isə qərarsız olduğunu bildirib.

Yunanıstan baş naziri Aleksis Tsipras xalqın səsvermədə mənfi qərar verməsini istəyir, çünki beləliklə gələcəkdə Yunanıstan Avropa kreditorları ilə danışıqlarda daha əlverişli şərtlərə sahib olacaq.

Maliyyə naziri Yanis Varufakis bu həftə televiziyada yayımlanan müsahibə zamanı seçicilərin Avropa Birliyi kreditorlarının şərtlərini qəbul etdiyi təqdirdə hökümətin istefaya gedə biləcəyini, özünün də bazar ertəsi artıq maliyyə naziri olmayacağını bildirib.

Avropa liderləri xəbərdarlıq edib ki, referendumun nəticəsi mənfi olsa, Yunanıstan 16 illik tarixində 19 ölkədən ibarət avrozonanı tərk edəcək ilk ölkə olacaq.

Yunanıstanın borc qarşılığında kreditorların qənaət tədbirləri tətbiq etmək şərtlərini qəbul etməsini dəstəkləyənlər referendumun Yunanıstanın avrozonada qalıb-qalmayacağını müəyyən edəcəyini deyirlər.

Eyni zamanda Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis isə Almaniyanın gündəlik Die Welt qəzetinə bildirib ki, xilas paketinin şərtləri ötən həftə başa çatdığı üçün referendumun danışıqların indiki vəziyyətinə heç bir təsiri olmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG