Accessibility links

Yunanıstanda solçu Siriza partiyası qələbə çalıb


Baş nazir Aleksis Tsipras seçkidə qələbə çaldığını bildirərək dərhal koalisiya höküməti yaradacağını elan edib

Yunanıstanın solçu baş naziri Aleksis Tsipras ölkədə keçirilən ümummilli seçkilərdə qələbə qazandığını və Avropa kreditorları ilə xilas paketi müqabilində vəd etdiyi ixtisarları həyata keçirmək üçün dərhal koalisiya höküməti yaradacağını bildirib.

Seçicilər mühafizəkarların Afina hökümətinə nəzarəti ələ keçirməsi səylərinin qarşısını alandan sonra Siriza partiyasının lideri Afinada onu alqışlayan kütlənin önündə çıxış edib

Səslərin 90 faizi hesablanandan sonra Sirizanın səslərin 35,4 faizini topladığı və 300 üzvlük parlamentdə 144 yeri qazandığı açıqlanıb. Yeni Demokratiya Partiyası 28,3 faizlə ikinci yerə çıxıb, 7 faiz səslə nasistlərdən ilhamlanmış Qızıl Şəfəq partiyası üçüncü yerə sahib olub.

Yeni Demokratiya Partiyasının lideri Vangelis Meimarakis qalibi təbrik edib və milliyətçi Müstəqil Yunanlar Partiyasının daxil olacağı yeni hökümətin yaranmasına çağırıb.

Bazar günü keçirilən səsvermə bu il ərzində üçüncü səsvermədir. Bu dəfə seçkilərə səbəb isə ötən ay Tsiprasın istefa etməsi olub. Onun Avropadan yeni xilas paketi müqabilində ixitsarlar həyata keçirilməsini qəbul etməsi partiya üzvlərinin qəzəbinə səbəb olub.

Tsipras bu ilin əvvəl Yunanıstanın Avropa kreditorlarının xilas paketi müqabilində tələb etdikləri ixtisarların və vergi artımının əleyhinə çıxış etdiyi platforma ilə hakimiyyətə gəlib.

Lakin Avropa nümayəndələri ilə qızğın danışıqlardan sonra cənab Tsipras onların tələblərin əksəriyyətini qəbul edib və bunun səbəbini Yunanıstanın iflasa uğraya bilməsi və 19 üzvlük avrozonadan xaric edilmə təhlükəsi ilə üzləşməsi ilə izah edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG