Accessibility links

Yunanıstan və beynəlxalq kreditorlar prinsipdə razılığa gəldi


Yunanıstan və onların beynəlxalq kreditorları 3 illik yeni xilas paketinin şərtləri barədə prinsipcə razılığa gəlsə də, bəzi detallar bu gün axşam saatlaradək razılaşdırılacağı bildirilir.

Danışıqların əsas moderatoru olan Avropa Komissiyasının sözçüsü Annika Breidthardt irəliləyişi təsdiq edərək paketin 94 milyard dollardan ibarət ola biləcəyini deyib.

Breidthardtin sözlərinə görə, razılıq Avropa Birliyinə üzv 28 ölkənin yüksək vəzifəli şəxslərinin təsdiqini tələb edir. O bildirib ki, qrupun ali maliyyə rəsmiləri bu gün daha bir telefon vasitəsilə birgə danışıqlar aparacaqlar.

Yunanıstan baş naziri Aleksis Tsipras parlamentdən növbədənkənar sessiya keçirərək cümə axşamı günün yeni xilas paketi razılığını səsverməyə qoymağı xahiş edib. Buna səbəb Avrozona maliyyə nazirlərinin cümə günü son qərar üçün görüşünün planlaşdırılmasıdır.

Yunanıstanın avqustun 20-dək pul əldə etməyə ehtiyacı var. Belə ki, ölkə Avropa Mərkəzi bankına olan 3.5 milyard dollarlıq borcunu qaytarmalıdır.

XS
SM
MD
LG