Accessibility links

Avrozonanın maliyyə nazirləri çərşənbə axşamı Brüsseldə uzun sürən danışıqlardan sonra Yunanıstana yardım paketi ilə bağlı inkişaf əldə edildiyini bildiriblər.

Beynəlxalq Valyuta Fondu əlavə yardım paketinin ayrılması üçün şərt kimi Yunanıstanın borclarının yüngülləşdirilməsini tələb edib.

Yunanıstan Avropa İttifaqının ölkənin ən son islahat səylərini təsdiq etməsindən sonra 11,4 milyard dollarlıq vəsaitin ilk hissəsini iyun ayında alacaq. Avropa İttifaqının maliyyə naziri Ceron Disselbloem razılığa gəlməyin asan olmadığını deyib:

“Çətin idi, çünki biz də Beynəlxalq Valyuta Fondu da yunanlardan çox şey tələb edirik, amma sonda hər şey uğurla nəticələndi.”

Bu, altı ildir davam edən iqtisadi problemlər nəticəsində Yunanıstana verilən ən sonuncu yardım paketididir. Bu problemlər ona gətirib çıxarıb ki, hazırda Yunanıstanın dövlət borcu ümumdaxili məhsulun 180 faizini təşkil edir.

Bu çətin siyasi razılıq əsasən də Avrozonanın güc mərkəzi olan Almaniya tərəfindən müqavimətlə qarşılanıb. Almaniya davamlı olaraq Yunanıstanın daha ciddi iqtisadi olduğunu və yardım paketinə ehtiyacın olmadığını vurğulayır.

Lakin Yunanıstanın Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fonduna borclarını ödəmək üçün iyul ayınadək ilkin olaraq 8.4 trilyon dollar məbləğində vəsaitə ehtiyacı var. Ölkə hətta dövlət işçilərinin maaşlarını ödəməkdə çətinlik çəkir.

19 avrozona ölkəsininin nazirləri razılığı Yunanıstanın kreditorlarının tələbi ilə vergi artımı və büdcə kəsirlərinin daxil olduğu qanunu qəbul etməsindən sonra əldə edib.

XS
SM
MD
LG