Accessibility links

Yunanıstanda böhran turizmi zəiflədə bilər [Video]


Yunanıstanda böhran turizmi zəiflədə bilər
please wait

No media source currently available

0:00 0:02:06 0:00

YunanIstanda böhran turizmi zəiflədə bilər

Turizm rəsmiləri Avropanın tələblərinin iqtisadi artımın qarşısını alacağını deyir

Beynəlxalq kreditorlarla yeni xilas paketi barədə razılıq əldə olunmasa Yunanıstanda iqtisadi fəlakət baş verəcək. Buna baxmayaraq ölkəyə turist axını davam edir. Rəsmilər deyir ki, bu il turistlərin sayı normaldır. Lakin onlar həmçinin xilas paketinin bir hissəsi olaraq təklif olunan vergi artımlarının turizmə göstərəcəyi mənfi təsirlər barədə xəbərdarlıq edir.

hər iki tərəf iqtisadiyyatın davamlılığı üçün vacib olan struktur islahatları üzərində anlaşmalıdır ki, Yunanıstan borclarını qaytara bilsin
Konstantin Mikalos

Bura Qərb sivilizasiyasının əsasının qoyulduğu yerdir.

Buradan qayıqla qısa bir məsafədə Aralıq dənizində cənnət kimi yüzlərlə ada yerləşir. Buranın həm də zəngin mətbəxi var. Elə buna görə, Yunanıstanın nə üçün turistlərin siyahılarında ilk yeri tutduğunu anlamaq çox asandır. Ötən il turizmdən əldə olunan gəlir rekord olaraq 15.1 milyard dollar təşkil edib.

Yunanıstanın Turizm Federasiyasının sədri Aleksandr Lamnidis ümumdaxili məhsul baxımından turizmin sənaye və kənd təsərrüfatından daha vacib olduğunu deyir.

Afinada məşhur Akropolisi ziyarət edənlər burada heç bir problemlə üzləşmədiklərini deyirlər.

“Çoxları bizi buraya gəlməkdən çəkindirməyə çalışırdı. Biz xəbərləri hələ ABŞ-da olanda eşitdik. Düzünü desəm, xəbərlər bir az şişirdilib.”

Böhrana baxmayaraq hazırda Yunanıstanda milyonlarla turist var. Turizm rəsmiləri isə deyir ki, Yunanıstan iqtisadiyyatının bərpa olunması üçün bu çox mühümdür.

Ümumdaxili məhsul baxımından turizmin sənaye və kənd təsərrüfatından daha vacibdir
Aleksandr Lamnidis

Kreditorların təklif etdiyi vergi artımına isə əlavə dəyər vergisinin 23 faizədək artırılması daxildir. Bundan əlavə yunan adaları mövcüd ƏDV endirimini də itirəcəklər.

Turizm rəsmiləri Avropanın tələblərinin iqtisadi artımın qarşısını alacağını deyir.

Afina Ticarət Palatasının prezidenti Konstantin Mikalosun sözlərinə görə, ölkənin ən vacib sənayesi turizmdir. Ona görə də, hər iki tərəf iqtisadiyyatın davamlılığı üçün vacib olan struktur islahatları üzərində anlaşmalıdır ki, Yunanıstan borclarını qaytara bilsin.

Bəzi bankomatlardakı gecikmələri çıxmaq şərtilə, Yunanıstan hər zamankı kimi çox dincdir. Yerlilər deyir ki, iqtisadiyyatın bərpa olunmasına kömək etməyin ən asan yolu Yunanıstanı ziyarət edib, ölkənin nemətlərindən faydalanmaq, çoxlu avro xərcləməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG