Accessibility links

Yunanıstan Avropa Komissiyasının şərtlərini qəbul edəcək


Yunanıstan baş naziri Aleksis Tsiprasın avrozona nazirlərinə göndərdiyi məktubda Yunanıstanın yeni xilas paketi almaq üçün Avropa Şurasının şərtlərinin əksəriyyətini qəbul edəcəyini qeyd edib.

Məktub çərşənbə günü Avropa maliyyə nazirlərinin Yunanıstanın razılıq çağrılışlarını müzakirə etmək üçün telekonfrans keçirmələrindən bir neçə saat öncə KİV-lərə göndərlib.

Avropa maliyyə nazirləri Yunanıstanın 32.4 milyard dollarlıq borc istəyini müzakirə edir. Bu vəsait Beynəlxalq Valyuta Fonuda 1.8 milyard dollar kredit ödənişini edə bilməməsindən sonra Yunanıstanı avrozonada saxlamağın ən son yoludur.

Avropa maliyyə nazirləri çərşənbə günü Yunanıstanın kreditorlara borcunu ödəməsinə yardım edəcək xilas paketini uzatmamaq qərarı veriblər.

Hollandiya maliyyə naziri Ceron Dicselblom bildirib ki, “proqramı uzatmaq ağılsızlıq olar.”

Çərşənbə günü Yunanıstanda minlərlə bank filialı kredit kartları olmayan təqaüdçülər üçün açıq olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG