Accessibility links

Yunanlar ixtisarlara etiraz edirlər

  • Amerikanın səsi

Yunanlar ixtisarlara etiraz edirlər

Yunanlar ixtisarlara etiraz edirlər

Minlərlə yunan Afina küçələrinə axışaraq avrozona nazirlərinin 171 milyard dollar həcmində ixtisar paketinə səs verməyə hazırlaşdıqları zaman etiraz aksiyası keçiriblər.

Yunanıstan baş naziri Lukas Papadermos sabah maliyyə nazirlərinin görüşü ərəfəsində danışıqlar aparmaq üçün Brüsselə yollanıb.

Nazirlərin sabah Yunanıstana borcu təsdiq edəcəkləri gözlənilir. Bunun müqabilində rəsmi Afina xərcləmələrdə və iş yerlərində böyük ixtisarlar aparmağa razı olub.

Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu borc planının təsdiqindən öncə Yunanıstanın bütün siyasi partiyalarından konsensusa gəlməyi tələb edib.

Əgər gələn ayda müddəti başa çatacaq 19 milyard dollar həcmində qiymətli kağızlar üçün investorlara pul ödəyə bilməsə, Yunanıstan müflis ola bilər.

XS
SM
MD
LG