Accessibility links

Yunanıstan baş naziri yeni koalisiya hökuməti yaradacaq

  • Amerikanın səsi

Yunanıstan baş naziri yeni koalisiya hökuməti yaradacaq

Yunanıstan baş naziri yeni koalisiya hökuməti yaradacaq

Parlamentdə etimad səsverməsinə duruş gətirə bilmiş Yunanıstan baş naziri Georq Papandreu bu gün prezident Karolos Papuliasla koalisiya hökuməti formalaşdırmaq yönümündə danışıqlar aparıb. Görüşdən az sonra o, əlavə kredit almağa yardımçı olacaq koalisiya hökuməti formalaşdıracağı barədə bəyanat verib.

Cənab Papandreu səsverməni səlahiyyətləri bölüşdürməyə hazır olduğunu bəyan etməsindən sonra udub. Yeni hökumətin qarşısında ölkəni müflisləşmədən saxlayacaq xilas paketini təsdiq etmək vəzifəsi dayanır.

Danışıqlarda əsas mühafizəkar müxalifət partiyasının iştirak edəcəyi və yeni seçkilərə çağırmaq tələbinə son qoyacağı bəlli deyil.

Cənab Papandreu xəbərdarlıq edib ki, erkən seçkilərə çağırış ölkə üçün fəlakətli ola bilər.

XS
SM
MD
LG