Accessibility links

Yunanıstan baş naziri istefa verdi


Yunanıstan baş naziri istefa verdi

Yunanıstan baş naziri istefa verdi

Yunanıstanın sosialist baş naziri Corc Papandreou və mühafizəkar müxalifət lideri Antonis Samaras yeni baş nazir vəzifəsini və Kabinet üzvlərini müzakirə etmək üçün yenidən görüşüblər.

Bu gün Avropanın maliyyə nazirləri bir araya gələrək əlavə 11 milyard dollarlıq xilas paketinin ayrılıb-ayrılmamasına qərar verəcək.

Cənab Papandreou Avropa Birliyinin yeni xilas paketini təsdiqləməsinə gətirib çıxaracaq qısamüddətli koalisiya hökumətinin yaradılması səbəbilə istefa verir. Saziş Yunanıstandan vergiləri artırmağı, o cümlədən hökumət işçilərinin əmək haqlarının və pensiaların ixtisarını tələb edir.

Koalisiya gələn il fevralın 19-da keçirilməsi planlaşdırılan yeni seçkilərədək mövcud olacaq.

Cənab Papandreou yeni koalisiyaya rəhbərlik etməyəcək. Onun gələn il yenidən namizədliyini irəli sürəcəyi hələlik bəlli deyil. Sadə yunanların çoxu deyir ki, bütün siyasətçilər eynidir və yeni seçkilərin keçirilməsi mənasızdır.

XS
SM
MD
LG