Accessibility links

Yunanıstan baş naziri yeni maliyyə naziri təyin edib


Yunan nümayişçilər parlament binası qarşısında etiraz aksiyası keçirirlər
Yunan nümayişçilər parlament binası qarşısında etiraz aksiyası keçirirlər

Yunanıstanın xaricində və daxilində siyasətçilər borc içində üzən ölkəni xilas etməyə çalışırlar. Onlar ümid edirlər ki, yunan böhranı özü ilə bərabər bütün Avropanı dərin iqtisadi böhrana sürükləməyəcək.

Fransa və Almaniya öz aralarındakı fikir ayrılıqlarını bir kənara qoyaraq yeni xilas paketinin tezliklə təsdiq olunacağını vəd ediblər.

Bu arada Yunanıstanın baş naziri Georq Papandreou yeni maliyyə naziri təyin edib. Son təyinat mübahisəli büdcə ixtisarlarının təsdiq olunması üçün kabinetdə aparılan dəyişikliklərin tərkib hissəsidir.

Yunanıstan hökumətinin təklif etdiyi ixtisar ölçüləri ötən həftələrdə kütləvi etiraz aksiyaları ilə nəticələnib və cənab Papandreounun partiyasından iki adamın istefa verməsinə səbəb olub.

Yeni maliyyə naziri Evangelos Veniselos vəzifəni qəbul etməyi müharibəyə getməyə bənzədib və yunan xalqına bildirib ki, “ölkə xilas edilməlidir və xilas olunacaq.”

XS
SM
MD
LG