Accessibility links

Yunanıstan həlledici seçimlə üzləşir

  • Amerikanın səsi

Sərt ixtisar ölçüləri Yunanıstanda zorakı aksiyalara yol açıb

Sərt ixtisar ölçüləri Yunanıstanda zorakı aksiyalara yol açıb

Yunanıstan liderləri mühüm səsvermə ərəfəsində müxtəlif növ müraciətlər və xəbərdarlıqlarla çıxış edirlər. Parlamentdə keçiriləcək növbəti səsvermə Avropanın Yunanıstanı maliyyə böhranından xilas etmək üçün addım atıb-atmayacağını müəyyən edəcək.

Sosialist partiyasının lideri Georq Papandreu və Yeni Demokrat Partiyasının lideri Antonis Samaras qanunvericiləri büdcə ixtisarlarının növbəti raundunu dəstəkləməyə çağırıblar. Onlar ortada başqa seçimin olmadığını deyirlər.

Papandreu xəbərdarlıq edir ki, ixtisarlar barədə ölçüləri təsdiq etməmək ölkəni iflasa aparacaq. Samaras isə partiya üzvlərinə xəbərdarlıq edib ki, siyasi oyunbazlığa yol verilməyəcək.

XS
SM
MD
LG