Accessibility links

Yunanıstan hökuməti iqtisadiyyatın bərpası üçün ayrılmış pulu dərhal istəyir

  • Amerikanın səsi

Yunanıstan hökuməti iqtisadiyyatın bərpası üçün ayrılmış pulu dərhal istəyir

Yunanıstan hökuməti iqtisadiyyatın bərpası üçün ayrılmış pulu dərhal istəyir

Yunanıstanın baş naziri avropalı həmkarlarını son zirvə görüşündə qəbul olunmuş Yunanıstan üçün ikinci iqitisadi iflasdan xilas planını dərhal həyata keçirməyə çağırıb. Corc Papandreou Avropa Komisiyasının prezidenti Hose Manuel Barrosoya ünvanladığı məktubda deyib ki, Avropa qurumları, üzv ölkələr və milli parlament planın həyata keçirilməsinə indi başlamalıdır. Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu Yunanıstanın iqtisadi iflasdan xilası üçün ötən ay növbəti dəfə 155 milyard dollar verilməsini təsdiqləyib. Bundan əvvəl ötən il Yunanıstanın iqtisadi durumunun bərpası üçün 160 milyard dollar xərclənmişdi. Lakin bu xərcləmə ciddi irəliləyişə səbəb olmayıb.

XS
SM
MD
LG