Accessibility links

Yunanıstan iqtisadiyyatı hələ də təhlükədədir


Yunanıstan iqtisadiyyatı hələ də təhlükədədir
Yunanıstan iqtisadiyyatı hələ də təhlükədədir

Avropa Birliyindən və Beynəlxalq Valyuta Fondundan 17 milyard dollar təcili borc almaq üçün Yunanıstan əvvəlcə büdcə kəsirinin azaldılması istiqamətində ciddi tədbirlər görməlidir.

Bu bəyanatı Avrozona maliyyə nazirləri Lüksemburqda Yunanıstana 160 milyon dollarlıq borcun verilməsi ilə bağlı müzakirədən sonra veriblər. Nazirlər qərara gəliblər ki, borcun verilməsini gələn ayın əvvəlinə kimi təxirə salsınlar.

Yunanıstanın baş naziri Corc Papandreou xərclərin azaldılması və vergilərin artırılması ilə bağlı parlamentə təkliflər paketi təqdim edib və deputatları bu sənədə səs verməyə çağırıb. İyunun 21-də sənədin müzakirəsi keçiriləcək. Bu cür maliyyə islahatlarına alışqan olmayan yunanlar həftələrdir ki, nümayişə çıxır.

Baş nazir xəbərdarlıq edib ki, əgər bu islahatları aparıb xaricdən yardım almasa, ölkə iqtisadiyyatı iflasa uğrayacaq.

Bəzi iqtisadçıların fikrincə, Yunanıstanın təcrübəsi sonda onunla nəticələnəcək ki, banklar başqa dövlətlərə kredit vermək istəməyəcəklər, bu cür borclanma dünyada iqtisadi artımı zəiflədəcək. Narahatlıqlar artıq beynəlxalq hərraclara və neft qiymətlərinə təsir edib. İrlandiyanın və Portuqaliyanın da bənzər şəkildə təcili borc üçün müraciət edəcəkləri haqda narahatlıq yaradıb.

Rəsmi Afina öz iqtisadiyyatını xilas etmək üçün ikinci borc paketini müzakirə edir.

Amma Avropa Birliyi liderləri borcun nə qədər hissəsinin özəl sektora verilməsi də daxil ediməklə, borcun müddəti barədə razılıq əldə edə bilmirlər.

XS
SM
MD
LG