Accessibility links

Bu gün Yunanıstanda minlərlə işçi hökumətin iqtisadi planına etiraz olaraq yenidən aksiya keçirib. Ölkə boyu məktəblər bağlanıb. Ictimai nəqliyyat dayandırılıb, uçuşlar təxirə salınıb. Jurnalistlərin də bu il ərzində yeddinci aksiyaya qatılması ilə nə radio, nə də televiziya proqramları efirə gedib. Yunanıstan hökumətinin ciddi məsrəf ixtisatı planı bu gün təsdiq edilib. Plan dövlətin nəzarətində olan nəqliyyat sistemi işçilərinin maaşlarının ixtisarını nəzərdə tutur. Bu ölçü Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondunun 145 milyard dollarlıq kreditin şərtlərinin qarşılanması üçün labüddür.

XS
SM
MD
LG