Accessibility links

Yunanıstanda etirazlar yenidən vüsət alıb


Yunanıstanda etirazlar yenidən vüsət alıb

Yunanıstanda etirazlar yenidən vüsət alıb

Avropa İttifaqının liderləri ölkəni təhlükəsiz bir iqtisadi duruma salacağnı deyərək, Yunansıtanın yeni iqtisadi planını tənqid edib. Berlin qanunvericiləri Yunanıstana daha bir kredit verilməzdən əvvəl o ölkənin ixtisar planını açıqlamasını tələb edir.

Yunanıstanda isə Avropa İttifaqının yeni tələblərinə və Almaniyanın siyasətinə qarşı etirazlar yenidən vüsət alıb. Bu gün Afina küçələrində qəzəbli insanlar Molotov kokteyli və daş atıb, qazyaşardıcı qaz konteynerlərindən istifadə edib. Polislə etirazçılar arasında qarşıdurma baş verdiyi xəbər verilir. Bəzi yerlərdə izdihama silahlı şəxslərin də qoşulduğu, lakin heç bir hadisə baş vermədiyi deyilir.

Kommunist partiyasının lideri Aleka Papariqa Yunanıstanın bu vəziyyətdən çıxa bilməyəcəyini deyib. O, iflasdan xilas olmağın mümkün olmayacağını bildirib.



XS
SM
MD
LG