Accessibility links

Yunanıstanda koalisiya hökuməti üzərində intensiv danışıqlar gedir

  • Amerikanın səsi

Yunanıstan prezidenti yeni koalisiya hökuməti qurmaq üçün üç aparıcı partiyanın rəhbərləri ilə görüşüb.

Prezidenti Karolos Papulas mühafizəkar Yeni Demokrat partiyası, radikal liberal Sıriza partiyası və sosialist PASOK partiyasının liderləri ilə danışıqlar aparıb. Daha sonra o, 6 may seçkilərində parlament yerləri qazanmış kiçik partiyaların liderləri ilə görüşəcək.

Prezident çalışır ki, koalisiya hökuməti yaratmaqla yeni seçkilərin keçirilməsinin qarşısını alsın. Belə ki, bu ayın əvvəlində keçirilmiş səsvermə heç bir partiyanı vahid hökumət yaratmaq imkanına sahib etməyib. PASOK lideri Evangelos Venizelos bazar günü danışıqlarına “məhdud nikbinliklə” baxdığını söyləyib.

Cənab Papulasın cümə axşamınadək vaxtı var. Əgər o möhlətədək danışıqlar alınmasa, onda Yunanıstanda iyun ayında yeni seçkilər keçirilməlidir.

XS
SM
MD
LG