Accessibility links

Yunanıstanda etirazlar davam edir (Yenilənib)


Yunanıstanda etirazlar davam edir (Yenilənib)
Yunanıstanda etirazlar davam edir (Yenilənib)

İqtisadiyyatın canlandırılması üçün əlavə kredit almaq istəyən hökumətə etiraz olaraq, Yunanıstanda 30 000 işçi bu gün 24 saatlıq tətil elan edib. Ölkədə məktəblərin və digər hökumət idarələrinin bağlandığı, aviasiya işçiləri tətilə qoşulduğu üçün 400-dən çox uçuşun dayandırıldığı bildirilir. Yunanıstan terrorçularının məhkəməsi işçilərin tətilə qoşulması səbəbi ilə oktyabr ayının 24-dək təxirə salınıb.

Dünən nümayişçilər Maliyyə və Əmək Nazirlikləri də daxil edilməklə, bir neçə hökumət binasının girişini bağlamışdı. Onlar nə işlərini itirmək, nə də maaşlarının azalmasını istəmədiklərini bildirmişlər.

XS
SM
MD
LG