Accessibility links

Yunanıstan muzeyindən əntiq əşyalar oğurlanıb


Yunanıstan muzeyindən əntiq əşyalar oğurlanıb

Yunanıstan muzeyindən əntiq əşyalar oğurlanıb

Yunanıstan polisi Olimpiya muzeyindən 60-a yaxın sənət əsərinin oğurlandığını bildirib. Şəhərin meri Eftimius Kortaz jurnalistlərə deyib ki, keçən həftənin cümə günü iki maskalı və silahlı şəxs Olimpiya oyunlarına aid əntiq eksponatlar olan müzeyə daxil olaraq, gözətçiyə hücum etmuş, bürünc və saxsıdan hazırlanmış əşyaları oğurlamışlar.

Yunanıstanın mədəniyyət naziri Pavlos Qerulanosun bu məsələ ilə əlaqədar istefa vediyi bildirilir. Lakin onun istefasının baş nazir Lukas Papademos tərəfindən qəbul edilib-edilməyəcəyi məlumdeyil.

Bu, Yunanıstanda muzeydə ikinci oğurluq hadisəsidir. Yanvar ayında da Afinanın Milli Qalereyasından Pablo Pikasso da daxil edilməklə, dahi sənətkarların üç rəsm əsəri oğurlanmışdı.



XS
SM
MD
LG