Accessibility links

Yunanıstanın baş naziri Corc Papandreu vəzifəsindən istefa verməyəcəyini bəyan edib


Yunanıstanın baş naziri Corc Papandreu vəzifəsindən istefa verməyəcəyini bəyan edib
Yunanıstanın baş naziri Corc Papandreu vəzifəsindən istefa verməyəcəyini bəyan edib

Yunanıstanın baş naziri Corc Papandreu vəzifəsindən istefa verməyəcəyini bəyan edib. Lakin o, Avropa İttifaqının kredit planına dair umummilli referendum planını ləğv edə biləcəyini deyib. Papandreu bu açıqlamanı bu gün Nazirlər Kabinetinin növbədənkənar iclasında verib. Baş nazir deyib ki, əgər müxalifət planı dəstəkləsə referenduma ehtiyac qalmayacaq. Plandakı kəskin ölçülər mübahisələrə səbəb olub. Avropa liderləri Yunanıstana kredit şərtlərinə məl etmədiyi təqdirdə Avropa İttifaqından maliyyə yardımı almayacağı barədə xəbərdarlıq verib. Yunanıstanın müxalifət lideri Antonis Samaraq isə müvəqqəti hökumətin təşkili və erkən seçkilər keçirilməsinə çağırır.

XS
SM
MD
LG