Accessibility links

Azərbaycan və YUNESKO saziş imzalayıb


UNESKO
UNESKO

Saziş Azərbaycanın gənc mütəxəssislərinin YUNESKO Katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə imkan yaradacaq

Azərbaycanla YUNESKO arasında Gənc Peşəkar Əməkdaş Proqramının təsis edilməsi haqqında saziş imzalanıb. Sazişi yanvarın 24-də Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və YUNESKO-nun baş direktoru İrina Bokova imzalayıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Sənəd Azərbaycanın gənc mütəxəssislərinin YUNESKO Katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə və beynəlxalq təcrübə toplamasına imkan yaradacaq.

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində YUNESKO-nun Baş Qərargahında təşkilatın Baş Direktoru İrina Bokova ilə yanvarın 24-də keçirilən görüşündə Azərbaycan-YUNESKO münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nazir Məmmədyarov Azərbaycanın YUNESKO ilə əməkdaşlığa xüsusi önəm verdiyini və ötən il iyulun 18-də Azərbaycan ilə YUNESKO arasında imzalanmış əməkdaşlıq haqqında Çərçivə Sazişinin bu münasibətlərin daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
XS
SM
MD
LG