Accessibility links

Elm

Yerimək qabiliyyətini itirənlərə yenidən hərəkət etməyə kömək edən qurğu [Video]


Keçmiş akrobat Silk Pan vebsaytında belə bir sitat yerləşdirib: “Sən təxmin etdiyindən daha güclüsən!” Pan özü də, elə güclü qalmalı idi. İllər boyu professional olaraq akrobatlıqla məşğul olandan sonra, o, 2007-ci ildə yıxılıb, nəticədə ayaqlarını hərəkət etdirmək qabiliyyətini itirmişdi. İndi isə Pan, yeni modullu, yüngül ekzoskeleton sayəsində yenidən yeriyə bilir.

Ekzoskeletonun köməkliyi ilə ilk dəfə olaraq ayağa qalxmaq mənim üçün çox emosional idi. Sanki bir röya idim. İnana bilmirdim. Ayaqlarımın yenidən hərəkət etdiyini görmək və gəzə bilmək mənim üçün çox fenomenal bir hal idi.

Bu, Silk Pan on il öncə akrobatlıq şousunda iştirak edərkəndir. Professional akrobat olaraq, onun bədəni sanki bir sənət əsəri idi.

Bu isə, Panın indiki halıdır. Ömrünün son on ilini əlil arabasında keçirəndən sonra o, yenidən ayaq üstə durmağı bacarır.

“Ekzoskeletonun köməkliyi ilə ilk dəfə olaraq ayağa qalxmaq mənim üçün çox emosional idi. Sanki bir röya idim. İnana bilmirdim. Ayaqlarımın yenidən hərəkət etdiyini görmək və gəzə bilmək mənim üçün çox fenomenal bir hal idi”, Silk Pan deyir.

O, TWICE ekzoskeleton adlanan bu cihaz sayəsində yenidən gəzə bilir.

Ekzoskeleton cəmi 14 kiloqramdır.

“TWICE iki komponentdən ibarətdir. İlki quruluşudur. Ekzoskeleton normal ayağın sümüyü kimi fəaliyyət göstərir və beləcə hər şeyi bir yerdə tutur. Bundan əlavə isə elektik motorlar var. Bunlar da bütün quruluşu hərəkət etdirən əzələlər kimidir”, EPFL mexanika mühəndisi Tristan Vuqa deyir.

Ekzoskeletonun dörd fərqli sürəti var, istiqamətini dəyişə bilir və hətta pilləkənləri belə qalxa bilir. Bunların hamısı cihazın üzərində yerləşdirilən düymələr sayəsində edilir.

Ekzoskeletonun dizaynerləri deyir ki, məqsəd hər zaman insanların gündəlik həyatlarında iki ayaqları üzərində yerimələrinə imkan yaradacaq bir cihaz yaratmaq idi.

“Bizim etməyə çalışdığımz da elə bu idi, yəni yüngül, ucuz və gündəlik yaşam funksiyalarını yerinə yerinə bilən ekzoskeletonlar düzəldərək, ekzoskeleton konseptini dəyişmək”, deyə EPFL robot sistemlər laboratoriyasını Məhəmməd Buri bildirir.

İndi isə tədqiqatçılar bu ekzoskeletonu daha da təkmilləşdirmək üzərinə malşırlar və Pan cihazın daha da funksional olacağını gözləyir.

“Ümid edirəm ki, bir nçə il ərzində insanlar əlil rabası ilə ekzokeleton arasında seçim edə biləcəklər. İstəsələr ikisini də aəldə edib, gündəlik həyatlarında ekzoskeletondan istifadə edərək, məsələn, alış-verişə gedə və ya pilləkənləri qalxa bilərlər”, Silk Pan deyir.

Bu ayın axrında bu ekzoskeleton Dunayda keçiriləcək robot yarışmasında sərgilənəcək.

XS
SM
MD
LG