Accessibility links

Yunus Şamili: Azərbaycanlıların iki istəyi var-ana dilində təhsil almaq və Urmiyə gölünün qurumasının qarşısını almaq


İyunun Urmiyə gölünün qurumasına etiraz olaraq Təbriz və Urmiyədə keçirilən aksiyaların iştirakçılarına qarşl ittihamlar irəli sürülüb. Güneyli fəallar İran hökumətinin Urmiyə gölündə yaranmış ekoloji vəziyyətin həlli istiqamətində kifayət qədər iş görmədiyini bildirir. Verilən məlumatlarda bəzi fəllarin zəmanətlə azadlığa buraxıldığı deyilir. İsveçdə yaşayan güneyli fəal Yunus Şamili Amerikanın Səsinə müsahibədə İran Azərbaycanının müxtəlif şəhərlərində Urmiyə gölündə yaranmış vəziyyətə etiraz olaraq keçirilən aksiyaları şərh edir.

Yunus Şamili İran hökumətinin etiraz aksiyalarının qarşısını almaq üçün tədbirlər görməsinə baxmayaraq, aksiyaların baş tutduğunu deyib. Onun sözlərinə görə, aksiyalarda iştirak edən milli fəallarla bağlı müxtəlif məlumatlar verilir. Onların bir hissəsinin saxlandığı və sonradan azad edildiyi, bəzilərinin isə hələ də həbsdə olduğu bildirilir.

Yunus Şamili İran prezident Həsən Ruhaninin seçki kampaniyası zamanı verdiyi vədləri qeyd edərək, onun Urmiyə gölünün qurumasının qarşısının alınması üçün səy göstərəcəyi haqda vədini xatırladıb. Lakin güneyli milli fəal prezident Ruhaninin nə bu, nə də azərbaycanlıların ana dilində təhsil almasına imkan veriləcəyi haqda verdiyi vədə indiyə qədə əməl etmədiyini vurğulyıb. O, prezident Həsən Ruhaninin daha mötədil siyasət yeridəcəyi ilə bağlı gözləntilərə işarə edərək, bunun daha çox reklam xarakteri daşıdığına inandığını bildirib.

Yunus Şamilinin sözlərinə görə, Urmiyə gölündə vəziyyətlə bağlı keçirilən aksiyalar İran Azərbaycanında fəalların öz milli-mədəni hüquqları uğrunda mübarizəsinin göstəricidir. “Azərbaycanlıların bu gün əsas iki istəyi var: ana dilində təhsil almaq və təcili olaraq Urmiyə gölünün qurumasının qarşısını almaq”-deyə o bildirib.

Yunus Şamili buna nail olmaq üçün İranın özündə milli fəalların işi davam etdirdiyini, xaricdə yaşayan güneylilərin isə beynəlxalq ictimaiyyətin diqqətini İran Azəbaycanında insan hüquqlarının pozulması məsələsinə yönəltmək istiqamətində fəaliyyət göstərdiyini deyib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG