Accessibility links

Yunus Şamili: İslahatçılıq və inqilabi fəaliyyətlər bir-birinin tamamlayıcısıdır [Audio]


Yunus Şamili demokratik mübarizələrdə siyasi şərtləri nəzərə alaraq mötədil üslublar və uzlaşma yolu ilə yürüdülən fəaliyyətlər ilə inqilabçı yanaşmaları bir-birinin tamamlayıcısı kimi dəyərləndirir.

Güneyli yazar və siyasi şərhçi Amerikanın Səsi ilə söhbətdə Güney Azərbaycan və İran miqyasında mərhum professor Heyətin türk dili və kültürünü qorumaq uğrunda əldə etdiyi müvəffəqiyyətlər, eləcə də Urmiyə məhəllələrinin türkcə adlarının qaytarılması üçün aparılmış fəaliyyətləri dəyərləndirərək islahatçı mübarizə üslubunu açıqlayıb. O, həmçinin bölgə miqyasında Kürd siyasi hərəkatının Türkiyədə əldə etdiyi uğurları təhlil edib.

Ölkə içində milli və mədəni fəaliyyət göstərənlər normal olaraq mövcüd siyasi şərtləri nəzərə alaraq və İran İslam Respublikasının qanunlarını çərçivəsində daha çox reformçu kimi çalışırlar.

Yunus Şamilinin sözlərinə görə, ölkə içində milli və mədəni fəaliyyət göstərənlər mövcüd siyasi şərtləri nəzərə alaraq və İran İslam Respublikasının qanunları çərçivəsində daha çox islahatçı kimi çalışırlar.

“Qanunlar çərçivəsində çalışan reformçu fəallar siyasi oyunların içindən oyun qazanmağı hədəfləyirlər. Ancaq, inqilabçılar böyük dəyişiklik axtarırlar, onlar oyunların xaricində qalaraq, oyunun tamamını qazanmaq istəyirlər,” deyə İsveçdə yaşayan güneyli yazar söyləyib.

O, bu fərqli fəaliyyət üslublarını bir-birinin tamamlayıcısı kimi qiymətləndirib.

Təbrizli şərhçinin fikrincə, bütöv sistemə qarşı olan fəallar ölkə daxilində və sistemlə uzlaşaraq milli maraqlar uğrunda fəaliyyət göstərənləri dəstəkləməli, ya ən azı onların qarşısında durmamalıdırlar.

Yunus Şamili həmin istiqamətdə mərhum Cavad Heyətin türk dili və kültürü və Azərbaycan tarixi ilə bağlı sərgilədiyi fəaliyyətlər və əldə etdiyi uğurlara işarə edib.

Onun dediklərinə görə, professor Heyət fəaliyyətlərini müxtəlif idelogiyaların çərçivəsində deyil, bütün milli maraqları əhatə edərək, mötədil bir şəkildə yürüdüb.

Şamili həmçinin Urmiyə şəhər şurasının adları fars dilinə çevrilmiş məhəllələr və bölgələrə yenidən orijinal türkadlarının qaytarılması istiqamətində fəaliyyətlərini dəyərləndirib.

O, Urmiyə məhəllələrində rəsmi bir orqan tərəfindən türkcə lövhələrin yerləşdirilməsini olduqca sevindirici və önəmli bir addım hesab etdiyini, eləcə də bu növ fəaliyyətlərin dəstəklənməsini gərəkli gördüyünü ifadə edib.

Yunus Şamili həmçinin bu yaxınlarda Türkiyə Kürdlərinin ölkənin siyasətində qazandıqları uğurlar haqqında danışıb.

Show comments

XS
SM
MD
LG