Accessibility links

Nüvə razılığından sonra İrandakı seçki atmosferi [Audio-Müsahibə]


Yunus Şamili

Yunus Şamili

Yunus Şamili İranda islahat perpsektivlərini dəyərləndirir

Güneyli yazar və siyasi fəal Yunus Şamili Amerikanın Səsi ilə söhbətdə İran İslam Respublikasında 10-cu dönəm parlament seçkilərindən öncə və nüvə razılaşmasının ardınca yaranmış siyasi atmosferi dəyərləndirib. 2016-cı ilin fevral ayında keçiriləcək İran İslami Şura Məclisinin seçkilərinə 6 aydan az vaxt qalır. Bir çox siyasi ekspertin fikrincə, İran hakimiyyəti adətən bütün seçkilərdən öncə siyasi atmosferi müəyyən dərəcədə yumuşatmaqla bəzi siyasi cərəyanlara fəaliyyət zəmini yaradıb və əhalinin yüksək səviyyədə seçkilərə qatılmasını təmin etməyə çalışır.

Yunus Şamili indiki dönəmdə nüvə razılaşmasının da siyasi atmosferin açılmasında rol oynayacağını, amma, həddən artıq “nikbin” olmaq və “ümid bağlamağın” da düzgün olmadığını önə çəkir.

İran İslam Respublikasında ciddi dəyişikliklərin ortaya çıxmasına umud bağlamaq olmaz.

Onun sözlərinə görə, “normal olaraq nüvə razılaşmaşı nəticəsində İranın xarici siyasətində problemlərin və münaqişələrin azalması ilə içəridə də ab-hava bir az mülayimləşir. Ümumiyyətlə İran və digər dövlətlər xarici problemlərlə qarşı qarşıya olduqları zaman içəridə sıxıntı və məhdudiyyəti çoxaldarlar.”

Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının üzvü həmçinin qarşıdan gələn seçkilərə hazırlıq fəaliyyətləri başlatmış iki islahatçı partiya ilə bağlı düşüncələrini Amerikanın Səsi ilə paylaşıb. İslami İran Millətinin Birlik Partiyası son vaxtlarda İranın tanınmış islahatçı siyasətçiləri tərəfindən təsis edilib. Bəzi siyasi şərhçilər və jurnalistlər bu partiyanın 2009 prezident seçkilərindən sonra ortaya çıxan kütləvi etirazlar ardından qapadılan İslami İranın Müşarikət Cəbhəsinin davamı olaraq dəyərləndirirlər.

Şamilinin söylədiklərinə görə, İranda hər zaman seçkilər ərəfəsində islahatçıların təşkilatçılıq fəaliyyətləri artır. O, bu fəaliyyətlərin müəyyən bir siyasi şəxsiyyəti himayə etmək ya da parlament seçkilərində bir partiya formasında meydana çıxdığını deyir.

Mən belə düşünürəm ki İranda hər halda islahatçılıq qeyri-fars millətlər və toplumlarda da ciddi bir hərəkətə çevrilə bilər. Bu baxımdan ki, həm islahat və demokratik dəyişikliyə diqqət göstərsin həm də qeyri-fars millətlərin istəklərinə.

10-cu dönəm parlament seçkiləri üçün hazırlıq fəaliyyətlərinə başlamış digər islahatçı partiya İran Millətinin İradəsi Partiyasi-dır. Partiyanın başqanı Əhməd Həkimipur keçmiş illərdə Zəncan şəhərində nəşr edilmiş türkcə-farsca Ümid-i Zəncan qəzetinin sahibi olub. İran Azərbaycanı və Tehranda fəaliyyət göstərən bəzi türk siyasətçilərin partiyada ciddi nüfuz sahibi olduğu söylənilir.

Yunus Şamili iki islahatçı partiyanı müqayisə edərək onların mahiyyəti və demokratik prinsiplərə bağlılıqlarını dəyərləndirir.

“Mən belə düşünürəm ki İranda hər halda islahatçılıq qeyri-fars millətlər və toplumlarda da ciddi bir hərəkətə çevrilə bilər. Bu baxımdan ki, həm islahat və demokratik dəyişikliyə diqqət göstərsin həm də qeyri-fars millətlərin istəklərinə,” deyə güneyli fəal islahatçı qrupların qeyri-fars bölgələrdəki müvəffəqiyyət şanslarını dəyərləndirir.

Yunus Şamili siyasi hıyatda müşahidə olunan canlanmaya baxmayaraq teokratik dövlət quruluşuna malik İslam Respublikasında seçki prosesində ciddi dəyişikliklərin baş verəcəyinə skeptik yanaşır.

XS
SM
MD
LG