Accessibility links

Yunus Zareiyyun: Təbrizin səsini milli haqlardan danışan namizədlər alacaq [Audio-Müsahibə]


Yunus Zareiyyun

Yunus Zareiyyun

Fevral ayının 26-da keçirələcək İranın İslami Şura Məclisinə seçkilərdə qeydə alınan namizədlərin ilk siyahısı artıq bəlli olub. Bu arada, İran Azərbaycanının müxtəlif seçki dairələrində namizədliklərini irəli sürən bəzi türk fəallar seçki komissiyası tərəfindən diskvalifikasiya edildiklərinə dair sosial şəbəkələrdə məlumat yayıblar.

Təbrizdən Amerikanın Səsinə danışan milli fəal Yunus Zareiyyun Təbriz və Azərbaycanın digər şəhərlərində əhalinin namizədlərin islahatçı və ya fundamentalist olduğuna deyil, onların Azərbaycandakı problemlər və milli tələblərə verdiyi önəmə diqqət göstərdiyini ifadə edir. O, seçkilərdə iştirak səviyyəsinin də güneydə adətən aşağı olduğunu bildirir.

“Təbrizdə keçən dövr seçkilərdə və ondan öncə elə iştirak olmayıbdır. Çünki milli fəalları, millətçilərə yaxın namizədləri qeydə almırlar. Bu səfər də bir sıra fəallar namizədliklərini irəli sürmüşdülər, amma rədd ediliblər,” deyə təbrizli fəal söyləyir.

Təbrizdə keçən dövr seçkilərdə və ondan öncə elə iştirak olmayıbdır. Çünki, milli fəalları, millətçilərə yaxın namizədləri qeydə almırlar. Bu səfər də bir sıra fəallar namizədliklərini irəli sürmüşdülər ama rədd ediliblər.

Təbrizdə ümumi atmosferin milli hərəkata meyilli olduğunu önə çəkən fəalın dediklərinə görə, “onlar ki, milli haqları istəyirlər, Təbriz və Azərbaycanın irəliləməsini istəyirlər, əhalinin bunlara yaxşı marağı var... Təbrizdə məsələ fundamentalist ya islahatçı olmaq deyil... Azərbaycan məsələlərinə toxunmayan namizədlərə maraq az olur.”

O, namizədlərin qeydə alınması baxımından islahatçı və fundamentalist namizədlərin bərabər şərtlərdə yarışması təqdirdə islahatçıların daha uğurlu olacağını söyləyir. Ancaq, bağlı olduğu siyasi cərəyandan asılı olmayaraq Azərbaycandakı problemlər və milli tələbləri gündəmə gətirən namizədlərə daha çox maraq göstərildiyini vurğulayır:

“Urmiyədən bir misal vurum, Nadir Qazipur fundamentalistdir, amma səs gətirir. Niyə? Çünki Azərbaycan məsələlərindən danışır... Bu məsələləri gündəmə gətirəndə diqqətləri cəlb edə bilirlər.”

Yunus Zareiyyun seçkilər ərəfəsində milli fəalların fəaliyyət istiqamətini də dəyərləndirir.

Təbrizdə məsələ fundamentalist ya islahatçı olmaq deyil... Azərbaycan məsələlərinə toxunmayan namizədlərə maraq az olur.

“Türk fəallar ya millətçilərin istəyi nədir? Bu millətinin içindədir... Millət də dünyanın hər yerində yaşasa ictimai rifah istəyir, iş istəyir. Bir namizəd gəlib bu tələblərlə bağlı ya gənclər üçün bir işlər görmək istəsə, mədəni fəzanın genişlənməsini istəsə millətin dəstəyini, səsini ala bilir,” deyə milli fəal anladır.

Güneyli fəalın sözlərinə görə, İranda qeyri-fars etnik qrupların məsələlərini fundamentalistlər islahatçılarla müqayisədə daha çox gündəmə gətirirlər:

“İslahatçılardan çox fundamentalistlər etniklərin məsələlərini bir balaca səsləndirirlər... Məclisdə də ana dili hüquqlarına dair daha çox fundamentalistlərin çıxışı olur, onlar daha çox səs verir.”

XS
SM
MD
LG