Accessibility links

Xorvatiya Avropa İttifaqının 28-ci üzvü oldu


Xorvatiya boyu on minlərlə insan ölkələrinin Avropa İttifaqının 28-ci üzvü olmasını qeyd edir.

Axşam saat 10-da üzvlüyün qüvvəyə minməsi atəşfəşanlıqla qeyd edilib.

Xorvatiyanın digər ölkələrlə sərhədində Avropa İttifaqının nişanı asılıb, gömrük keçid məntəqələri ləğv edilib.

Zaqrebin əsas meydanlardan birində keçirilən mərasimdə Avropanın 100-dən çox rəsmisi iştirak edib. Avropa Şurasının prezidenti Herman Van Rompi ölkələrinin ittifaqa üzv olması münasibəti ilə xorvatiyalıları təbrik edib.

4.4 milyon vətəndaşı olan bu ölkə keçmiş Yuqoslaviyadan ayrılmış yeddi ölkədən Avropa İttifaqına üzv olan ikincisidir. 2004-cü ildə Avropa İttifaqına üzv olan birinci ölkə Sloveniya idi. Xorvatiya 2007-ci ildə Bolqarıstan və Rumıniyadan sonra bloka daxil olan sonuncu ölkədir.

Bu dəyişiklik 1991-95-ci illər müharibəsi zamanı 20 min insan itirən Xorvatiyanın müstəqilliyinin qorunması üçün mühüm bir mərhələ idi.
XS
SM
MD
LG