Accessibility links

Yusif Rza Gilani:"Daşqınlar iqtisadi artımı zəiflədəcək"


Yusif Rza Gilani:"Daşqınlar iqtisadi artımı zəiflədəcək"
Yusif Rza Gilani:"Daşqınlar iqtisadi artımı zəiflədəcək"

Bu gün nazirlər kabinetində çıxış edən Yusif Rza Gilani iqtisadi artımın 2011-ci ilin maliyyə ilində gözlənildiyi kimi 4,5 faiz artmayacağı, əksinə 2.5 faiz azalaçağını deyib.

Pakistanın baş naziri ölkədəki daşqınların iqtisadi artımı zəiflədəcəyi, inflyasiya və işsizliyin artmasına səbəb olacağını bildirir. Bu gün nazirlər kabinetində çıxış edən Yusif Rza Gilani iqtisadi artımın 2011-ci ilin maliyyə ilində gözlənildiyi kimi 4,5 faiz artmayacağı, əksinə 2.5 faiz azalaçağını deyib. Baş nazir inflyasiyanın 15-20 faizə yüksələ biləcəyini bildirib.Yusif Rza Gilani kənd təsərrüfatı sektorunda ciddi zəifləmə müşahidə ediləcəyi barədə xəbərdarlıq verib.

Bu arada BMT daşqınlara məzuz qalan minlərlə insana humanitar yardımların artırılmasına çağırıb.Şimal-şərq bölgələrdə su səviyyəsinin enməsinə baxmayaraq, ərzağa olan təlabat artmaqdadır.Vəziyyətin düzəlməsi ilə insanlar dağılmış evlərinə qayıtmağı planlaşdırır. Əksər hissəsi su altında olan Sind vilayətində isə durum hələ də ciddidir. Yardım təşkilatları gələn bir- iki həftə vəziyyətin dəyişməyəcəyini düşünür. BMT-nin təxminlərinə görə, Pakistanın 3.2 milyon hektarlıq əkin sahəsi su altındadır. 200000 baş mal-qara sellərdə məhv olub. 1600 adam fəlakətin qurbanı olub. 20 milyon insan sellərin təsirinə məruz qalıb.

XS
SM
MD
LG