Accessibility links

Yutada bir qrup yapon turisti daşıyan sərnişin avtobusu dünən gecə qəzaya uğrayıb


Yutada bir qrup yapon turisti daşıyan sərnişin avtobusu dünən gecə qəzaya uğrayıb

Yutada bir qrup yapon turisti daşıyan sərnişin avtobusu dünən gecə qəzaya uğrayıb

Turistlər Nevada ştatının Las Veqas şəhərindən Yutanın cənub-qərbində yerləşən Brays Kanyon Milli park isitqamətində irəliləyirdilər

Rəsmilər bildirib ki, ABŞ-ın qərb ştatı Yutada bir qrup yapon turisti daşıyan sərnişin avtobusu dünən gecə qəzaya uğrayıb. Hadisədə üç sərnişin həlak olub və bir neçəsi xəsarət alıb. Yuta avtomaqistral patrulunun sözçüsü bildirib ki, avtobus aşmazdan əvvəl istiqamətini dəyişərək 15-ci şosedən orta xəttə çıxıb. Zərbənin qüvvəsindən bir neçə sərnişin avtobusdan yerə sıçrayıb. Turistlər oyun mərkəzi olan Nevada ştatının Las Veqas şəhərindən Yutanın cənub-qərbində yerləşən Brays Kanyon Milli park isitqamətində irəliləyirdilər.

XS
SM
MD
LG