Accessibility links

ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin son araşdırmasına görə, hər 3 amerikalıdan 1-i yuxusuzluq problemi yaşayır. Bu, Kolumbiya mahalı və 50 ştatda aparılan ilk bu növ araşdırmadır.

ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin İcrimai Səhiyyə şöbəsinin rəhbəri Veyn Qaylsın dediyinə görə, eyni vaxtda yatıb, eyni vaxtda oyanılması, televizor, kompüter, mobil cihazların yataq otağından kənarda saxlanılması sağlam yuxunu təmin edə bilər.

18 yaşla 60 yaş arasında insanlar üçün azı 7 saatlıq yuxu mühüm hesab edilir.

Yuxusuzluq yüksək qan təzyiqi, infarkt, iflic, diabet və əqli xəstəliklərə yol aça bilər.

Eyni vaxtda yatıb, eyni vaxtda oyanılması, televizor, kompüter, mobil cihazların yataq otağından kənarda saxlanılması sağlam yuxunu təmin edə bilər

Amerikalılar arasında yuxu norması coğrafi, irqi, etnik, evliklik vəziyyəti və işlə bağlı olaraq dəyişir.

Havay və Sakit Okeanı adalarının sakinlərinin 54 faizi 7 saat yatır.

İspandilli amerikalılardan fərqli olaraq ağların 67 faizi lazimi ölçüdə yuxusunu alır.

İşsizlərin 51-60, işləyənlərin isə 65 faizi rahat yatdıqlarını bildirib.

Evlilərin 67, heç zaman evlənməyənlərin 62, boşanmış və ya dul qamış insanların 56 faizinin kifayət qədər yatdığı müəyyən edilib.

2009-cu ilin qlobal yuxu araşdırmasına görə, fransızların amerikalılardan daha uzun müddət yatdığı aşkar edilmişdi.

Ən az yatan ölkənin isə Cənubi Koreya olduğu müəyyən edilmişdi.

XS
SM
MD
LG