Accessibility links

Yüzlərlə iraqlı islahatlar çağırışı ilə nümayiş keçirib

  • Amerikanın səsi

Yüzlərlə iraqlı islahatlar çağırışı ilə nümayiş keçirib

Yüzlərlə iraqlı islahatlar çağırışı ilə nümayiş keçirib

Bağdadın Təhrir meydanına toplaşanlar korrupsiyanın qarşısının alınmasını və işsizliyin azaldılmasını tələb etmişlər

Bu gün yüzlərlə insan Bağdadın Təhrir meydanına toplaşaraq, hökumət və iş yerlərində daha çox islahatlar aparılamsına çağırıb. Etirazçılar baş nazir Nuri Əl-Malikidən korrupsiyanın qarşısının alınması yolunda mübarizəni artırmağa, eləcə də işsizliyin azalmasını tələb edib.

İraqlılar da Yaxın Şərq və Şimali Afrika ölkələrində olduğu kimi hökumətidə və iqtisadiyyata dəyişikliklər çağırışı ilə cümə günləri bir araya gəlirlər.

Mart ayında cənab Maliki imkansızlar üçün ərzaq proqramına yardım məqsədi ilə öz maaşından kəsmiş və kabinetinin işinin yaxşılaşdırılması üçün yüz gün vaxt vermişdi.

XS
SM
MD
LG